Uğurlu mobil optimizasiyanın sirrləri
Uğurlu mobil optimizasiyanın sirrləri

Uğurlu mobil optimizasiyanın sirrləri

Uğurlu SEO-nun faktorlarını sayarkən mobil optimizasiyanın nə qədər əhəmiyyətli yer tutduğunu artıq vurğulamışıq. 2016-cı ildə internetə mobil cihazlar vasitəsi ilə girişlərin sayı masaüstü cihazları ötməsi xəbəri çıxanda artıq heç kim təəccüblənmədi- bu trend neçə illərdir ki, davam edir və edəcək.

Əksər insanlar mobil cihazlar üçün əlverişli olmayan saytlara girən kimi çıxır. Artıq heç kim telefonda 3 saniyədən artıq yüklənən səhifəyə girməyə can atmır. 

Bəs mobil optimizasiya nədir? Hər gün milyonlarla insanın veb-saytlara mobil cihazlar, planşetlər vasitəsi ilə girməsinə baxmayaraq, hələ də bir çox saytlar bu cihazlar üçün əlverişli halda dizayn edilməyib. Əlverişli dizayn dedikdə, səhifələrin ölçüsünün, quruluşun, sürətinin mobil cihazlar üçün tənzimlənmiş olması nəzərdə tutulur.

Saytın mobil optimizasiyasını aşağıdakı faktorların köməyi ilə yoxlamaq olar:

Flash-dan istifadə: Bir çox mobil cihazlar flash playeri aça bilmir. Ona görə də daha müasir tətbiqetmələrdən istifadəniz məsləhətdir.

Sabit ölçülər: Səhifənin eni kompüterdə və telefonda dəyişməz qalırsa, deməli saytınızın dizaynı mobil üçün tənzimlənməyib.

Font ölçüsü: Font elə ölçüdə olmalıdır ki, yazıları oxumaq üçün səhifəni bir neçə dəfə yaxınlaşdırmaq məcburiyyəti olmasın.

Kontent ölçüsü: Fontun oxunması mümkündür, lakin yazılar pəncərəyə sığmır və oxumaq üçün dəfələrlə ekranı sürüşdürmək lazım gəlirsə, saytın mobil optimizasiyaya ehtiyacı var.

Toxunuş elementlərin yaxınlığı: Dəfələrlə olub ki, saytada bir elementi klikləmək istəyərkən barmağımız digərin elementlərə də dəyir bunun günahı əllərimiz kobud olmasında deyil, saytın mobil cihaz üçün düzgün tənzimlənməməsidir.

Saytınızın mobil cihaz üçün əlverişli olub-olmadığını buraya, sürətini isə buraya klikləyib saytınızın URL kodunu daxil etməklə yoxlaya bilərsiniz.

 

 

Hazırladı: Lalə Rüstəmli