Sosial Mediaya Sevinc Qatan GİFlərlə dolu 4 sayt
Sosial Mediaya Sevinc Qatan GİFlərlə dolu 4 sayt

Sosial Mediaya Sevinc Qatan GİFlərlə dolu 4 sayt

Gün keçdikcə daha çox qarşımıza çıxan GİFlər artıq brendlərin məzmun strategiyalarında daha çox rol oynamağa başlamışdır. Yazımıza GİF nədir? sualı ilə başlayaq. GİFin Vikipediada yer alan tərifinə görə “İngilis dilində Qrafik Dəyişdirmə Formatı mənasını verən “Graphics İnterchange Formation”un qısaltması olub, 8 BİT rəngə ( Yəni 256 rəng çalarına) qədər dəstəklənən və 1 BİTlik ( 1 rəng üçün) şəffaflıq göstərən,emosiyalarımızı ifadə edə biləcəyimiz virtual bir vasitədir.

Sosial media dünyasının yeni favoriti olan GİFlər, insanları nəinki əyləndirir, eyni zamanda onlara istədikləri mesajı hərəkətli şəkillər vasitəsilə göndərmək üçün bir fürsət yaradır. Keçən il GİFin axtarış funksiyasını istifadəyə verən Twitterdə 100 milyondan çox GİF paylaşılıb. Bununla bərabər digər sosial şəbəkələrdə də GİF-dən istifadə çoxalıb və bu bir trend halını alıb.

Aşağıda qeyd edəcəyimiz bu saytlardan yararlanaraq, siz də mesajlarınızı daha əyləncəli və fərqli bir şəkildə göndərə bilərsiniz.

Reaction GİFs, istifadəçilərinə populyar etiketlər və bəzi emosional vəziyyətlərə görə axtarış etmək fürsətini verən bir sayt kimi ön plana çıxır. Burda sadəcə istədiyiniz emosional vəziyyəti “ feeling”  seçir və axtardığınız GİFləri qarşınıza çıxarır. Məsələn “ feeling” də “happy” seçdiyiniz zaman belə bir GİF qarşınıza çıxacaq.

 

əzi gülməli və maraqlı hadisələrin işıq sürəti ilə internetdə yayıldığını, hətta marketerlərin məhz bu hadisələrdən məharətlə istifadə edib uğur qazandığını artıq bilirsiniz. Xüsusilə, xəbərlər, TV və filmlərlə əlaqədar gülməli GİFləri tapacağınız, sosial media dünyanıza sevinc qatacaq sayt məhz budur.

 

Giphy, demək olar ki, hər kəs tərəfindən çox yaxşı tanınır və hal-hazırda GİFdən istifadə edənlərin ilk olaraq müraciət etdiyi bir saytdır. İstədiyiniz emosiya və vəziyyətə uyğun olaraq  ehtiyac duyduğunuz bütün GİFləri buradan tapa bilərsiniz. Saytın bu cür iddialı olmasının səbəbi,  GİFlərin  çeşid bollluğundan irəli gəlir.

 

Hələ populyar olmayan bir GİF axtarmaq istəyirsinizsə, o GİF-i ilk olaraq siz kəşf etmək istəyirsinizsə, bu sayt məhz sizin üçündür.Burada GİFlər ən yenilər, ən çox izlənənlər və ən çox paylaşılanlar kimi kateqoriyalara ayrılmışdır.Buradan özünüz də etiket yaradaraq istədiyiniz GİF-i tapa bilərsiniz.

Hazırladı: Mahizər Məmmmədli

Mənbə : www.pazarlamasyon.com