SEO - da uğur qazanmağın yolunu bilirsiniz mi?
SEO - da uğur qazanmağın yolunu bilirsiniz mi?

SEO - da uğur qazanmağın yolunu bilirsiniz mi?

SEO - da uğur qazanmağın yolu uğurlu kontentdən keçir.

Keyfiyyətli kontent:

  •  Hər şeydən öncə, kontentin keyfiyyətlidir mi?
  •  Əgər satışla məşğul olursansa, yüzlərlə oxşar vebsaytlarda olan sadə satış şablonlarından kənara çıxa bilirsən mi?
  • İnsanlara sənin səhifəni oxumağa vaxt sərf etmələri üçün səbəb verirsən mi?
  • İnsanlara dəyərli, fərqli, sərfəli və unikal məhsullar təqdim edirsən mi?

Bunlar keyfiyyətli kontetin olub-olmadığını yoxlamaq üçün sadəcə bir neçə suallardır.

Kontent araşdırması və açar sözlər: Keyfiyyətli kontent yaratdıqdan sonra ən vacib SEO faktoru düzgün açar sözlərdən istifadə etməkdir. Açar sözləri seçərkən, istifadəçilərin psixologiyasını nəzərə almaq lazımdır. Məsələn, saytınızda “Melanoma əleyhinə adlı terminli məqalə yerləşdirsəniz, istifadəçilər axtarışa dəri xərçəngi əleyhinə sözlərini daxil etdikdə sizin saytınız ilk sıralarda çıxmaya bilər. Ona görə də kontentiniz istifadəçi kütəlsi nəzərə alınaraq, düzgün dildə yazılmalıdır.

Kontentin yeniliyi:  Axtarış sistemləri kontentin yeniliyinə olduqca fikir verir.  Lakin, saytı yeniləmək xətrinə hər gün səhifələr əlavə etmək əlverişli deyil. Belə ki, gündəmə yeni mövzu çıxanda Google Query Deserved Freshness (QDF) adlı alqoritmini işə salaraq həmin mövzuya uyğun yenilənən ən son saytları axtarış zamanı irəli çıxaraq. Məsələn, ölkədə birdən devalvasiya baş verir və informasiya vasitələrində gündəmə düşür. Belə bir vaxtda düzgün başlıq, düzgün kontent QDF sayəsində sizin saytınızı  bir müddət axtarış sistemlərində ön sıralarda qərarlaşdıra bilər. Lakin gündəm dəyişdikcə, saytın aktuallığını itirməsi və geri düşməsinə də hazır olmaq lazımdır. Beləliklə, gündəmin dəyişməsindən düzgün istifadə etmək saytı irəli çəkmək üçün olduqca əlverişlidir.

 

Hazırladı: Lalə Rüstəmli