Gəlin SEO-nun növlərindən və biraz da səhvlərdən danışaq
Gəlin SEO-nun növlərindən və biraz da səhvlərdən danışaq

Gəlin SEO-nun növlərindən və biraz da səhvlərdən danışaq

Keçən yazımızda SEO-nun nə olduğu ilə yaxından tanış olduq. İndi isə gəlin görək SEO-nun neçə növü var? Bunlar hansılardır? SEO-da səhvlər?

  • Daxili SEO. Sayt qurucusu tərəfindən nizamlanmış faktorlar- saytın HTML kodu, başlıq, açar sözlər, css, php scriptlər, kontent və şəkillər bura daxildir.     

  • Xarici SEO. Backlinks- digər saytlardan saytınıza olan keçidlərdir. (Əgər backlinks haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu linkə daxil olub öyrənə bilərsiniz)

SEO faktorları kompleks şəkildə işləyir. Əgər saytın kontenti zəifdirsə, güclü HTML onu xilas edə bilməyəcək. Və ya çoxlu backlinks olması aşağı keyfiyyəti ört-basdır edə bilməz.

 

SEO səhvləri və cərimələr

Axtarış sistemləri SEO-nun inkişaf etməsinə çalışır, çünki bu, axtarış nəticələrini təkmilləşdirməyə yardımçı olur. Lakin, bəzən sui-istifadələrə cəhdlər olunur, axtarış sistemlərini aldadaraq süni şəkildə saytı irəli çəkməyə çalışılır, amma axtarış sistemləri bunları spam və ya hackerlik kimi qiymətləndirir. Bu isə ,axtarış zamanı saytınızın sıralanmasına mənfi təsir göstərir, və ya ən pisi isə  birdəfəlik axtarış sistemlərindən kənarlaşdırılır.

Hazırladı : Lalə Rüstəmli