SEO nədir?
SEO nədir?

SEO nədir?

Bu günlərdə hər birimiz bu ifadə ilə çox tez-tez rastlaşırıq. Gəlin SEO ilə daha yaxından tanış olaq.

SEO (Search Engine Optimization- Axtarış sistemləri optimizasiyası) - vebsayta axtrarış sistemlərinə uyğun elementləri daxil etməklə, saytı ödənişsiz olaraq axtarış sistemlərində önə çəkən prosesdir.

Google, Yahoo, Bing kimi axtarış sistemləri vebsaytları və ya video, şəkil kontentləri axtarış zamanı uyğun sıralama ilə istifadəçilərə təqdim edir. Ödənişli reklamlardan fərqli olaraq, saytınızın axtarış zamanı ön sıralarda çıxması üçün heç bir ödənişə ehtiyac yoxdur. Axtarış sistemləri internetdə hər bir sayt haqqında informasiya yığır və beləliklə, insanlara axtardıqlarını maksimum dəqiqliklə tapmaqda kömək edir. Hər bir axtarış sisteminin informasiyanı düzgün axtarış nəticələrində sıralamaq üçün tətbiq etdiyi alqoritmləri var. Əgər sizin vebsaytınız varsa, axtarış sistemlərində ön sıralarda olmaq sizin üçün başlıca amil olmalıdır, çünki axtarış zamanı vebsaytın ilk sıralarda yerləşməsi sizi istifadəçilərə daha əlçatan edəcəkdir. Axtarış nəticələrində ilkin yerləri almaq üçün sizin saytınızın axtarış sistemlərinin alqoritmlərinə uyğun strukturu olmalıdır.

  • Sözlər  Bütün axtarış sistemləri internetdəki sözlərin hesabını aparır. Və beləliklə, axtarış zamanı istifadəçilərə axtarılan sözün daxil olduğunu saytları təqdim edir.

 

  • Başlıq  İnternetdəki hər bir səhifənin kodunda yerləşən rəsmi başlığı var. Axtarış sistemləri bu başlıqlara diqqət yetirir, çünki bu başlıq səhifənin məzmununu ümumiləşdirir.

 

  • Keçid (Backlink)  Bir sayta başqa saytlardan nə qədər çox keçid olarsa, axtarış sistemlərində yeri daha yüksək olar, çünki, axtarış sistemləri sayta keçidləri digər saytları məsləhəti kimi görür. Lakin, bəzi insanlar bir neçə sayt açıb əsas sayta süni şəkildə keçidlər düzəldərək axtarış sistemlərini aldatmağa çalışsalar da, axtarış sistemləri bunu adətən anlayır və saytı etibarsız kimi nəzərə alır.

 

  • Reputasiya  Davamlı olaraq yeni kontentlə və etibarlı keçidlərlə zəngin saytlar adətən axtarış sistemlərində yüksək pillələrdə qərarlaşır.

 

Hazırladı : Lalə Rüstəmli

Mənbə : searchengineland.com