Satışların artmasında “markalama” nın rolu
 Satışların artmasında “markalama” nın rolu

Satışların artmasında “markalama” nın rolu

Şirkətinizin görünən üzü markanızdır. Buna görə texnologiya və trendlərə görə dəyişən müştəri davranışlarını izləməniz vacibdir. Markalama ilə digər şirkətlərdən daha yüksək səviyyədə yer ala bilmək üçün vacib olan davranışlar:

1. Müştəri xidmətlərinin vacibliyini dərk etmək : Müştərinin axtardığı şeylərdən birində hər hansı bir problem olarsa ona köməklik göstərəcək, güvənli bir müştəri dəstəyi yaratmağınız lazımdır.Bir şirkətin digərləri arasında rəqabət üstünlüyü əldə etməsinin ən vacib biri güvənli və problemi həll etmək mövzusunda sürətli bir müştəri xidmətləri bölümünün olmasıdır.

2. Verdiyiniz faydanın vacibliyi : Ağızdan-ağıza reklamçılıq ilə müştəriləri özünüzə cəlb etmiş ola bilərsiniz, amma o müştərini daimi müştəri halına gətirə bilməniz üçün ona fayda verə bilməniz lazımdır. Əgər verdiyiniz fayda müştərinin gözlədiyindən çoxdursa, o zaman sizdən davamlı olaraq məhsul/xidmət alacaqlar.

3. Markanız haqqında bir hekayə yaradın : Müştərilərinizin sizi tanımasını, güvənməsini, sevməsini istəyirsiniz.Buna görə markanızın yaranması, uğurları haqqında hekayənizi onlarla paylaşa bilərsiniz.Unutmayın ki, uğurlu hekayələr hər zaman təsir edicidir.

İşiniz markanızdır, markanız haqqında hədəf auditoriyanızın fikirləri önəmlidir. Unutmayın ki , insanlar tanıyıb, sevdikləri markalar haqqında müsbət fikirlərə sahib olurlar.

Hazırladı : Aydan Quluzadə

Mənbə : pazarlamasyon.com