Rəqəmsal marketinqin ən böyük kitabı
Rəqəmsal marketinqin ən böyük kitabı

Rəqəmsal marketinqin ən böyük kitabı

"Big book of digital marketing” – “Rəqəmsal marketinqin böyük kitabı” adlı vəsait rəqəmsal marketinqdən daha geniş və fərqli bucaqdan yanaşaraq bəhs edir. Kitab,bu sahədə mövcud olan müxtəlif strategiyalar, müasir marketinq texnologiyalar haqqında məlumat verir. Kitab ensiklopedik üslubda yazılıb və müxtəlif marketinq mütəxəssisləri tərəfindən  yazılmış məqalələrdən ibarətdir. Məqalələrdə müasir marketinqdə, xüsusilə də digital, yəni rəqəmsal marketinqdə mövcud olan problemlərdən və onların həlli yollarından söhbət açılır.

Kitabın özəlliyi ondadır ki, burada mütəxəssislər öz iş praktikaları ilə bölüşür və təcrübələri haqqında maraqlı statistik və aktual məlumatlar verirlər. Bu kitab nəyinki rəqəmsal marketinq sahəsində çalışan  mütəxəssilər üçün, həmçinin bu sahə ilə maraqlanan insanlar üçün də maraqlı bir təcrübə ola bilər.

Hazırladı : Toğrul Vəliyev