Rəqəmsal Marketinq
Rəqəmsal Marketinq

Rəqəmsal Marketinq

Son illərdə marketinq dünyasında çox şey dəyişdi və dəyişməyə də davam edir. Bunun əsas səbəbləri texnologiyanın inkişafı, günü-gündən artan mobil cihazlardan istifadə və s.dir. Bu əlbəttə ki, özünü müştərilərin istək və tələblərində də biruzə verməyə başlayır.  Bunu görən mütəxəssislər artıq ənənəvi marketinq cəhətdən deyil, yenilikçi və rəqəmsal tərəfdən düşünməyə başladılar.

Bəs Rəqəmsal Marketinq nədir?

Rəqəmsal marketinq, TV, radio və jurnal kimi ənənəvi mediadan uzaq metodlarla markanı və görülən işləri insanlara internet, mobil və digər interaktiv vasitələrlə və platformalarla çatdırmaq və tanıtmaqdır.

Siz bizim saytımızda hansı rəqəmsal marketinq vasitələrini görəcəksiniz?

  • Tele marketinq
  • SEO
  • E-mail marketinq
  • Sosial Media

Tele marketinq son zamanlar insanların mobil cihazlardan istifadəsinin artmasından qaynaqlanan bir rəqəmsal marketinq növüdür. Məhz mobil alətlərlə daha çox insanı şirkətinizə necə cəlb etməyi və hansı vasitələrdən istifadə olunduğunu biləcəksiniz.

E-mail marketinq vasitəsilə göndərilən maillər vasitəsilə şirkətlərə daha çox müştəri qazandırmağın və mövcud olan müştəriləri müxtəlif metodlarla əldə saxlamağın yollarını öyrənəcəksiniz.

SEO ilə əlaqədar dilimizdə hələki məlumat qıtlığı yaşanır. Çalışacağıq ki,sizə  bu haqda həftəlik olaraq daha geniş və dərin mövzulardan bəhs edək.

Sosial Media hər gün yenilənir. Bölməni oxuyaraq  yeniliklər nələrdir və sosial mediyada effektivlik necə artırıldığı mövzularında bilgi sahibi olacaqsınız.

Ümid edirik ki, sizə çox şey qazandıracağıq. Bizi izləməyə davam edin. :)