LinkedIndə tanımadıqlarınızı əlavə etmədən düzgün profil yaratmağın yollarını bilirsiniz mi?
LinkedIndə tanımadıqlarınızı əlavə etmədən düzgün profil yaratmağın yollarını bilirsiniz mi?

LinkedIndə tanımadıqlarınızı əlavə etmədən düzgün profil yaratmağın yollarını bilirsiniz mi?

LinkedIndə tanımadığımız insanlar tərəfindən bağlantı istəkləri gəlməyən yoxdur aramızda.Tanımadığı insanları əlavə edənlər düzgün bir münasibət qurmadan, sadəcə bağlantı siyahısındakı insanların sayını artırır.

 İş tapmaq və ya staj eləmək istəyən bir universitet tələbəsinin LinkedIni necə istifadə etməsi sualına birlikdə cavab tapaq.

  1. Mükəmməl bir profil yaradın.
  2. Sənin üçün vacib, onlar haqqında  bilgi sahibi olduğun, tanıdığın insanları əlavə etməlisən.
  3. Yuxardakıları yerinə yetirməyə başladıqdan sonra da düzgün, işinizə yarayacaq bir siyahı yaratmaq üçün biraz vaxt lazımdır. Məktəb /universitet yoldaşlarınızdan, müəllimlərinizdən, yaxın tanışlarınızdan başlayın. Daha sonra həftə və ya ay ərzində siyahınızı artırarsınız. Vaxt keçdikcə 300-500 nəfərdən çox və hamısını tanıdığınız bir çevrəniz olacaqdır.
  4. LinkedIn hesabınız kifayət qədər bağlantıya sahib olduqdan sonra iş dünyasında tanımaq istədiyiniz insanlarla əlaqə qurmağa başlaya bilərsiniz. Bu insanlar hələlik tanımadığınız insanlardır. Bu şirkətlərlə və ya insanlarla birbaşa bağlantı qurmaq yerinə onlarla vasitəci ilə əlaqə qurun.
  5. Bu insanlar ilə ilk mərhələdə LinkedIndən deyil, bir maillə əlaqə qura bilərsiniz. Bunun üçün vasitəçinizin sizin üçün qısa bir e-mail yazması lazımdır. Bu e-mailin qarşı tərəfə və şirkətinə olan marağınızı ifadə etməsi kifayətdir. Sonrasında LinkedIndə bağlantınız olmaması üçün səbəbiniz qalmayacaq.
  6. Bu yolla tanış olduğunuz insanların sizə kömək edəbilmə ehtimalı digərlərinə nisbətən daha yüksəktir. Və hesabınızda tanımadığınız insanlar demək olar ki olmayacaqdır. Bu insanlar sizi qəbul edib, tanıdığı üçün haqqınızda da yaxşı sözlər deyib sizlərə bəzi fürsətlər yaradacaqdır.

Referans burda da vacibdir. Bu yolla əldə edəcəyiniz bağlantılar həm daha dəyərli, həm də daha uzun müddət qalıcı olacaqdır.

Hazırladı : Aydan Quluzadə