“Google Trends” ilə bir ilin xülasəsi
“Google Trends” ilə bir ilin xülasəsi

“Google Trends” ilə bir ilin xülasəsi

Uğurlu SEO-nun əsas komponentlərindən biri də trendlərlə ayaqlaşmasıdır. Saytınızda ölkədə və ya dünyada gündəmdə olan hadisələrə uyğun kontent və açar sözlərinin olması axtarış sistemləri üçün saytınızın daim yeniləndiyinin göstəricisidir. Axtarış sistemləri yenilənən, aktual saytları sevir: öz sevgilərini də belə saytları axtarış zamanı irəli çıxarmaqla göstərirlər.

Bəs daim yeniliklərdən necə xəbərdar olmaq olar? Müasir dövrdə KİV və sosial şəbəkələrdən uzaq qalmaq, demək olar ki, mümkünsüz hala çevrilib. Qlobal trendləri isə, xəbər saytlarında vaxt itirmədən belə “Google Trends” vasitəsi ilə izləyə bilərsiniz. “Google Trends” aləti hər gün dünyada, eyni zamanda müxtəlif regionlarda, müxtəlif dillərdə trenddə olan mövzuların statistik göstəricilərini paylaşır. Eyni zamanda bu alətin köməyi ilə istədiyiniz açar sözlərin nə qədər aktual olduğunu, hansı ərazilərdə daha çox axtarıldığını öyrənə bilərsiniz. “Google Trends” startupçılar üçün hansı mövzuların daha çox axtarıldığını öyrənmək üçün əla vasitədir. Lakin heyif ki, Azərbaycan üçün hələ bu sahə hələ də geridədir - odur ki, gündəlik trendləri izləyərkən regional filterdə Azərbaycanın adını görməsəniz təəccüblənməyin.

2016-cı ilin trendləri

“Google” bir neçə gün öncə 2016-cı ilin ən çox axtarılan sözlərini yayımladı. 2016-ci il hər nə qədər dünya üçün siyasi xaos dövrü olsa da, ilk pillədə Pokemon Go, ikincidə isə iPhone 7 qərarlaşıb. Ən çox axtarılan insanlar siyahısında ilk yerlər Donald Trump və Hillary Clinton, ən çox axtarılar xəbər başlıqları ABŞ seçkiləri, Olimpiada və Brexitə məxsusdur.

Ümumi siyahı isə belədir:

  • 1. Pokemon Go
  • 2. iPhone 7
  • 3. Donald Trump
  • 4. Prince
  • 5. Powerball
  • 6. David Bowie
  • 7. Deadpool
  • 8. Olympics
  • 9. Slither.io
  • 10. Suicide Squad

Google tərəfindən 2016-cı il axtarışlarına əsasən hazırlanan təsirli videoçarxı bura klikləyərək izləyə bilərsiniz.

 

Hazırladı: Lalə Rüstəmli