Geri Vaynerçuk- Brendiniz üçün interneti necə istifadə edə bilərsiniz?
Geri Vaynerçuk- Brendiniz üçün interneti necə istifadə edə bilərsiniz?

Geri Vaynerçuk- Brendiniz üçün interneti necə istifadə edə bilərsiniz?

Geri Vaynerçuk Belarusiya əsilli, Birləşmiş Ştatlarda təhsil almış iş adamı, sahibkar, investor, bir neçə kitabların müəllifi, sosial media aktivistlərindən və internetə çox yaxın olan bir şəxsdir. O, həm də "VaynerMedia" sosial mediaya əsaslanan rəqəmsal agentliyin təsisçisidir. Geri investor kimi də böyük layihələrə imza atmışdır. Onun şərab,qida,idman və bir çox sahələrdə mükafatlara layiq görülmüş, uğurlu biznes layihələri mövcuddur. O, bir kitab müəllifi kimi də öz təcrübəsini rəqəmsal marketinq ilə məşğul olan insanlarla həvəslə bölüşür. Vaynerçukun “Brendiniz üçün interneti necə istifadə edə bilərsiniz?” adlı marketinqə həsr olunmuş kitabı bu sahəyə böyük maraq göstərən və gələcəkdə rəqəmsal marketinq sahəsində ixtisaslaşmaq istəyən insanlara, habelə, bizneslərini beynəlxalq miqyasda genişləndirən sahibkarlara əvəzsiz bir bələdçidir. Son dərəcə məsləhətli və faydalı bir kitabdır. Kitabı əldə etməyinizi və ondan maksimum dərəcədə yararlanmağınızı tövsiyyə edərdik!

Hazırladı : Toğrul Vəliyev