E-mail marketinqdə istifadə olunan terminlər: 1
E-mail marketinqdə istifadə olunan terminlər: 1

E-mail marketinqdə istifadə olunan terminlər: 1

All Text- termini İMG HTML-də atribut olaraq istifadə olunur. İstifadəsi veb səhifələrində mövcud olan şəkilləri bir növ mətnlə xarakterizə edir, təsvir edir, həmçinin istifadəçiyə şəkil haqqında məlumat verir və şəkil yüklənmədikdə mətn olaraq şəkil əvəzinə görsənir. Digər adı isə “Alt Tag”dır.

Business to Business (B2B) –  Əgər siz B2B birləşməsin hardasa görsəniz bilinki, mənası – məhsulların və ya xidmətlərin yalnız bizneslər,  bir növ alıcılar olmadan, şirkətlər, rəsmi qurumlar arasındakı mübadiləsidir.

Business to Consumers (B2C) –Bu terminin əsası şirkətlərlə alıcılar arasındakı məhsul, xidmət mübadiləsidir.

Call to Action ( CTA)- Bu birləşmənin əsas məqsədi istifadəçiləri və ya oxucuları müxtəlif məqsədlər üçün motivasiya etmək, məsələn: veb sayta abunə olmaq üçün, mail məlumatları almaq üçün,nəsə sifariş etmək üçün və s. məqsədlər ola bilər. Bir qismini aşağıdakı tabloda sizə təqdim edirik, hansılarkı bizim tez-tez rastlaşdığımız CTA formalarıdır.

Clickthrough Rate (CTR) – Bu termin hər hansı bir linkə neçə dəfə klikləndiyini, yeni daxil olunduğunu faiz nisbəti ilə müəyyən edir. Nə qədər çox “klik” olunsa bir o qədər çox  sizin  tanıtımınızın yüksək olduğuna işarədir.  

CTR = Clicks/Impressions- İnsanların  tanıtımı və ya reklamı görüb klik etməsi bu birləşməni ortaya gətirir = kliklər / təəssüratlar.

 

Hazırladı: Nigar Əhmədova