E-mail marketinq nədir?
E-mail marketinq nədir?

E-mail marketinq nədir?

Siz email marketinq haqqında mütəmadi olaraq internetdə, konfranslarda və marketinq strategiyalı görüşlərdə eşidirsiz. E-mail marketinqin biznes danışıqlarını zənginləşdirdiyi, xüsusi hədəflərə yönəldiyi, eyni zamanda səmərəli və səmimi mühit yaratdığı deyilir. Ancaq, əslində e-mail marketinq nədir və necə fəaliyyət göstərir ? E-mail, radio və televiziya yayımından daha effektlidir mi və nə üçün biznes email siyahısını saxlamaq üçün vaxt sərf edilməlidir ?

Email marketinq, şirkətlərin müəyyən kütləyə kommersiya xarakterli mesajları elektron məktubla göndərmək istəməsiylə tətbiq olunmağa başlayır. Əsasən birbaşa göndərilən elanlar, biznesə çağırış, satışlar və ya bəxşişlər, hər hansı bu tip email danışıqları  məhsul, şirkət, brend tanıtımında alıcı inamı və sədaqəti qazandırırsa, bu, email marketinq hesab olunur. Email marketinq müştərilərlə əlaqə qurmaq və biznesi tanıtmaq üçün səmərəli yoldur.

Email marketinq ilə, siz, xeyli miqdarda çap, televiziya, radio yayımı və ya  yüksək xərc çəkmədən asan və tez bir zamanda hədəflərinizə çatacaqsınız. E-mail marketinq sayəsində, siz email siyahınızda bir neçə faktorları – ünvanları, müştəri bəyənmələrini və ya əksini, vərdiş olunan xərcləri və basqa vacib məlumatları saxlaya bilərsiz. Emaillər ərsəyə gələndən sonra hədəf alınmış email, siyahınızdakı şəxslərə onların maraq göstərdiyi, özəl, daha dəqiq, detalla təmin olunmuş informasiya ilə birlikdə göndərilir. Bu, inam və sədaqəti göstərməklə yanaşı satışları da artırır.

Bir neçə tip email marketinq kompaniyaları var ki, təşəkkür xarakterli email ilə yeni müştərini abunə olduğuna görə bir növ salamlayırlar. Salamlama xarakterli məktublar yanlız şirkət haqqında dəyərli informasiya vermir, həmçinin onlar yeni müştəri haqqında əsas informasiyaları əldə edir ki, bu da sizə müştəriləri gələcək marketinq cəhdləri üçün düzgün kateqoriyalara uygunlaşdırmağa kömək edir. Əlavə olaraq email kompaniyalarına məhsulun və xidmətin tanıtımı, şirkət barədə qısa məlumat, gələcək xidmətlər üçün kuponlar və.s  daxildir. Hər elektron məktubda aşağı hissədə siz şirkət haqqında məlumat verməlisiz ki, potenisial müştərilər sizin şirkət barədə daha çox məlumat əldə edə bilsinlər və habelə daha sonrakı məktublarınızı da qəbul etsinlər. Stimul verici aksiyalar müştərilərə “promo-code” –u xidmətlər üçün endirimlərə görə verir və bu da sizə öz kompaniyanızın effektivliyini, eyni zamanda müştəri maraqlarını yönləndirməyə imkan yaradır.

Email marketinq, təkcə hədəflərinizə çatmaq üçün olan səmərəli yol deyil, eyni zamanda  xidmət sahəniz ilə də əlaqədə qalmağa yardım edən köməkçi bir vasitədir. Bu yolla siz müştəriləri qoruyub saxlamaqla yanaşı, yeni hədəflərə də nail olursuz. Siz rahatlıqla marketinq kompaniyasının nə qədər effektli olduğunu da görə bilərsiz. Bununla bərabər  sizin investisiya dönüşünüzün digər,ənənəvi marketinq kompaniyalarından daha yüksək olacağı da göz önündədir.Beləliklə, özünüzə müştərilərlə təkrar-təkrar səmərəli email marketinq sahəsində bələdçi olmağa imkan yaradın.

Hazırladı : Nigar Əhmədova

Mənbə : www.streamsend.com