E-mail marketinqdə istifadə olunan terminlər: 3
E-mail marketinqdə istifadə olunan terminlər: 3

E-mail marketinqdə istifadə olunan terminlər: 3

HARD BOUNCE terminin vəzifəsi daimi səbəb üzündən göndərilə bilinməyən maillərdir. Əksər hallarda “HARD BOUNCE” mail ünvanları avtomatik olaraq aktiv maillər siyahısından silinir və sizin “CLEANED” (təmizlənmiş) listinizə əlavə olunur. “HARD BOUNCE” vəziyyətini yaradan bir çox səbəblər vardır.

  • →Maili qəbul edənin ünvanının mövcud olmaması
  • →Domen adının mövcud olmaması
  • →Maili qəbul edənin server sisteminə məktub göndərilməsinə qayadağ qoyulması

 

SOFT BOUNCE- termini isə “HARD BOUNCE”-a əks olaraq müvəqqəti olaraq maillərin ünvana çatdırılmamasıdır. Əgər hər hansısa bir ünvana davamlı olaraq məktub göndərilə bilmirsə, artıq bu proses “SOFT BOUNCE” deyil, “HARD BOUNCE” olaraq dəyərləndirilir. “SOFT BOUNCE”-u yaradan bəzi səbəblər:

  • →Mail qutusunun dolu olması
  • →Qəbul edənin mail serverinin xətdən kənar olması, yəni “offline”
  • →Mail məktubunun həddən böyük olması

 

HOUSE LİST elə bir siyahıdır ki, bu siyahını özünüz tərtib edə bilirsiniz. Bu siyahıda sizin mail abunəçiləriniz, əvvəlki alıcılarınız, hal-hazırkı alıcılarınızın siyahıları ola bilər ki, bu da sizə hər hansı satış və ya elan zamanı çox yararlı olar. Siyahının köməyi ilə siz mail marketinqdə ən yaxşı nəticələrə nail ola bilərsiniz.

HyperText Markup Language (HTML) veb səhifələrin yaranması üçün istifadə olunan dildir. Veb səhifələrdə məlumatları və xüsusiyyətləri struktur üzrə düzənliyir. Misal olaraq, HTML mailləri adətən qrafiklərdən təşkil olunur.

İNTERNET PROTOCOL ADDRESS ( OR İP ADDRESS)  xüsusi bir ünvandır kı, hər bir komputerdə, tabletdə, smartfonlarda olur və digər şəbəkələrə qoşulmaq üçün əsas əlaqə vasitəsi adlanır. İP ünvanı olmadan hər hansısa bir şəbəkəyə qoşulmaq mümkün olmaz.

 

Hazırladı: Nigar Əhmədova