E-mail marketinqdə istifadə olunan terminlər: 2
E-mail marketinqdə istifadə olunan terminlər: 2

E-mail marketinqdə istifadə olunan terminlər: 2

Database - Email marketinqdə “database” maillərin göndərildiyi ünvanların, istiqamətlərin bir listidir. Bu özündə həmin ünvanlara aid əlavə məlumatlarda saxlayır.

Domain name system (DNS) - Bu terminin əsas funksiyası domen adları İP ünvanlara çevirməkdir. Domen adların tapılması asan və hərflə ifadə olunduğu üçün, daha güvənli olması məqsədi ilə İP ünvanlara çevrilir.

DomainKeys - maillərin təsdiq edilməsi sistemidir ki, maili göndərənin və mesajın tamlığının domen sisteminə nəzarət edir. 

Double opt-in – elə prosesdir ki, abunəçilərin bir növ abunə olduqlarının yenidən təqsiqləməsi üçün göndərilən mail vasitəsi ilə abunəçilərin öz hesablarının doğruluğunun isbatıdır.

Aydın olması üçün biraz da şərh edək. Məsələn : biz abunəçiyik və qarşı tərəf bizim nə dərəcədə “abunəçi” olduğumuzu yoxlamaq istəyir və bunun üçün “Double opt-in” aktiv olur. Bəzən abunə olduğumuzu təsdiq edən zaman “I am no robot” olan ifadələrlə də rastlaşa bilərik ki, bu da terminin yoxlama formalarından biridir. “Double opt-in” terminin əksi olaraq “Single opt-in” termini ilə də rastlaşa bilərsiz. Bu terminin bəzi geriləmələri vardır ki, məsələn: “Double opt-in”-də biz abunəçiyə mail göndəririk və mail təsdiq olunan kimi biz artıq hələdə bu abunəçinin aktiv olduğunu, bizi izlədiyini bilirik. Lakin, “Single opt-in”-də ikinci bir təsdiq maili göndərilmədiyinə görə artıq bizdə həqiqətəndə bizi  “izləyən abunəçi”-lərin olduğu haqda dəqiq məlumat olmur.

Email service provider (ESP) - Bu elə xidmətdir ki, sizə imkan yaradır kı, mailləri dizayn edə və göndərə biləsiniz.

 

Hazırladı: Nigar Əhmədova