Dijital Marketinqə Necə Başlamalıyıq?
Dijital Marketinqə Necə Başlamalıyıq?

Dijital Marketinqə Necə Başlamalıyıq?

Şirkətlərin dijital marketingə başlayanda Facebookda bir səhifə açıb, reklam vermələri kifayət deyildir, bir strategiyalarının olması lazımdır.

Bu strategiyaların ən əsası dijitala sərf ediləcək zaman və büdcəni düzgün istifadə etməkdir. Əgər şirkətinizi dijital dünya ilə tanış etmək istəyirsinizsə, bu addımları izləyərək sağlam bir başlanğıcla başlaya bilərsiniz.

1.Sadə, lakin faydalı bir bloq yaradın.

Günümüzdə bloq sahibi olmaq çox fərqli bir şey deyildir. Əksər markaların və internet istifadəçilərinin bloqları vardır. İşə bloq yaratmaqla başlayın. İnsanlar həyəcanla bloq yazmağa başlayırlar. Lakin ilk başlarda bloqlarının oxunma sayısı az olduqda bəziləri bloq yazmağı dayandırırlar. Hətta böyük markalarda belə aktual olmayan mövzuların hakim olduğu bloglarına rast gəlmək mümkündür.

Blogunuzda məhsul və ya xidmətinizlə bağlı müştərilərinizi maraqlandıracaq məlumatlar yayınlayın. Müştərilərinizdən ən çox hansı tərifləri və şikayətləri alırsınız? Əsas olan müştərilərinizə faydalı bilgi verməkdir. Faydalı bilgi verdiyinizdə və biraz səbr etdiyinizdə doğru nəticələr aldığınızı görəcəksiniz.

Bloqunuzda şirkətinizlə bağlı elanları da yerləşdirə bilərsiniz. Öz sahənizlə bağlı yazıları yayınlaya, məhsul və ya xidmətinizin həll etdiyi problemlər haqqında bilgi verəbilərsiniz.

Səbirlə, müntəzəm olaraq bloq yazmağa davam edin.

2.Bütün sosial media vasitələrini tanıyın, lakin hamısında olmağa çalışmayın.

Məsələn, əgər müştəriləriniz Pinterestdə yoxdursa, orada olmağa əmək və vaxt sərf etmənizə ehtiyac yoxdur. Hədəf auditoriyanız hardadır? Hədəf auditoriyanız hansı sosial media vasitələrini aktiv olaraq istifadə edir? Bu sualların cavablarına uyğun olaraq hansı sosial media vasitələrində olacağınıza qərar verin. Doğru yerdə, doğru insanlarla doğru şeylər paylaşın.

3.Google-u əsəbləşdirməyin.

İnternetdə var olmaq istəyən bir şirkətin başına gələ biləcək ən pis şey Google-dan çıxarılmaqdır. Təəssüf ki bu işi görən bir çox şirkət bilgisizlikdən ya da saxtakar insanlar tərəfindən aldadılaraq spam linkləri alır. Şirkətlər Google-da ən üst sıralarda olmaq istəyir. Ancaq, bu fikirləşdiyiniz qədər sadə və Google -u aldada biləcəyiniz bir şey deyil.

Bloqunuzu açın, doğru sosial platformalarda faydalı bilgilər paylaşmağa başlayın. İşləriniz yolunda gedərsə ya bir mütəxəssisi işə alaraq,  ya da bir mütəxəssis agentliklə müqavilə imzalayaraq  şirkətinizi daha yuxarı səviyyələrə çıxara bilərsiniz.

 

Hazırladı: Aydan Quluzadə