Daxili SEO: Title
Daxili SEO: Title

Daxili SEO: Title

Hər bir səhifənin özünün adı, və ya titulu olmalıdır. Bu ad səhifənin HTML kodundakı title elementi vasitəsi ilə verilir. Google axtarış zamanı qarşımıza çıxan və sayta giriş üçün üstünə kliklədiyimz linklər əslində həmin səhifələrin titullarıdır.

Hər bir səhifənin titulu dəqiq olmalı və kontenti təsvir etməlidir. Google adətən hər bir səhifənin titulunun maksimum 50-60 simvolunu göstərir. Əgər titulun ölçüsü 55 simvoldan (hərf, rəqəm və s.) az olarsa, titulun 90%-i axtarış nəticələrində görünəcək. Ona görə də title elementini tənzimləyərkən ölçüsünə xüsusi fikir vermək lazımdır.

Bəs titulun SEOda əhəmiyyəti nədir?

Titul online sənədi təsvir edən ilk elementdir. Titul elementlər hər zaman daxili SEOnun ən vacib faktorlarından sayılıb və 3 sahəyə təsir edir:

Browser(brauzer): Səhifələrin titulları həmçinin brauzerin xromunda və pəncələrində (tabs) görünür.

SERP ( Search Engine Result Pages- axtarış nəticələri səhifələri): İstifadəçilər axtarış zamanı səhifələrə titul adlarına əsasən kliklədiklərinə görə, saytların açar sözləri ilə titul adları üst-üstə düşür

Xarici saytlar: Saytınızı digər saytlarda yerləşdirdirkdə, yenə də link kimi onun titulundan istifadə olunacaq.

 

Titulları necə optimizasiya etməli?

Bu, çox əziyyətsiz iş olsa da, kiçik səhvlərin belə böyük təsirləri olur. Ona görə də titul adlarını tənzimləyərkən aşağıdakı əsas faktorlara fikir vermək lazımdır:

Uzunluqa fikir verin: Yuxarıda da qeyd etdiyimiz kimi, əgər saytın titulu limiti keçsə, axtrış sistemləri onu kəsmək məcburiyyətində qalır. Google üçün bu limit 50-60 sayılır. Bu limiti keçəndə isə titulu qıasldaraq sözlərin yerinə “...” yazmaqla kifayətlənir (1-ci şəkildə 5-ci saytın adı kimi).

Vacib açar sözlərdən istifadə edin: Təbii ki, titul da, açar sözləri də səhifəni izah etdiyi üçün, üst-üstə düşməsi təəccüblü hal deyil.

Brendinq: Bir çox SEO mütəxəssislərinə görə, saytın titulunda brendin adının da olması vacibdir. Lakin burda kiçik bir nüansa fikir verməliyik. Əgər brendiniz hələ çox məşhur deyilsə, onu tilitulun sonunda yerləşdirmək, əgər kifayət qədər məşhurdursa, titulun ilk sözündə brendinizi, davamında isə açar sözlərini yerləşdirmək daha məqsədəuyğundur.

Emosional təsir: Marketinqdə müştərilərə emosional və psixoloji təsir qeyri-adi bir hal deyil. İnandırıcı, təsirli, yeri gəlsə səmimi, yeri də gəlsə professional (kontentizinə uyğun) titullar müştərilərin cəlb olunmasında böyük rol oynayır. Lakin bunlar əlavə köməkçi alətlərdir. Əgər titul səhifəni düzgün təsvir edə bilmirsə, və ya kontentiniz zəifdirsə, yalnışdırsa, xidmətiniz keyfiyyətsizdirsə, istəyirsiniz ekstrasens olub insanları online hipnoz edin, yenə də sizə heç nə kömək edə bilməyəcək.

 

Hazırladı: Lalə Rüstəmli