5 addımda sosial mediada marketinq
5 addımda sosial mediada marketinq

5 addımda sosial mediada marketinq

İnsanların sosial mediaya olan marağını satışları artırmaq üçün istifadə edə bilmək çox vacibdir. Onların bu qədər zaman xərclədikləri sosial media vasitələrinin qazanclara da ciddi təsiri olmalıdır. Sosial mediada satışların artması üçün 5 addımdan ibarət PRİSM üsulundan istifadə edilir.

P(insanlar)- Sosial mediada uğurlu olmaq üçün izləyici qrupu yaratmalısınız. Şirkətinizlə bağlı ən doğru sosial media vasitəsini taparaq gündən-günə izləyici sayısını artırmağa çalışmalısınız. İzləyicilərinizin davamlı olaraq artdığından və  hədəf auditoriyanıza doğru mesaj verdiyinizdən əmin olmalısınız.

R(əlaqələr)- İzləyicilərinizlə aranızda əlaqənin olması onların markanızı daha aktiv bir şəkildə izləməsinə səbəb olur. Faydalı bilgilərin paylaşılması daha sağlam münasibət qurmağınıza səbəb olar. Sağlam münasibət qurmağın yolu izləyicilərinizi izləyərək onlarla qarşılıqlı fikri alış-verişi etməkdən keçir.

İ(saytda yaranan tıxac)- Saytınızda yaranan tıxacı düzgün idarə etməyiniz satışlarınıza müsbət təsir edəcəkdir.

S(abunələr)- Sosial mediadakı tıxaclar bəzən satışlara çox təsir etmir. Bəlkə də insanlar hələ məhsulunuzu /xidmətinizi almağa hazır deyildir. Amma yenə də onların məhsulunuz /xidmətiniz haqqında məlumat əldə etməyib web saytınızdan ayrılmasını istəməzsiniz.Optinmonster kimi vasitələrlə web saytı istifadəçiləriniz e-mail ilə abunə ola bilərlər. Email marketinq online marketinq üçün çox vacib bir vasitədir. Bu yolla abunəçilərinizə markanız və məhsullarınız haqqında məlumat göndərə bilərsiniz.

M (pula çevrilmə)- Müştəriləriniz e-mail ilə abunə olduqdan sonra onların məhsul ala bilməsi üçün hər cür rahatlığı təmin etməyiniz lazımdır. Sosial media müştərilərinizin diqqətini çəkmək, məhsullarınız və markanızı tanıtmaq üçün çox dəyərli bir vasitədir.

 

Hazırladı: Aydan Quluzadə